Ədəbiyyatın “Qara qraf”ı


Fransa ədəbiyyatı deyərkən ağlımıza hansı adlar gəlir? Orta oxucu üçün 3-4 ad var. V.Hüqo, O.Balzak, A.Düma, Molyer, Mopassan və daha bir neçə nəfər. Onların həyatı barədə isə çox az şey bilirik. Ən azı öz payıma deyim. Öyrəndikcə isə təəccüb, heyrət bir-birini əvəzləyir.

19-cu əsrin dahi Fransız yazıçısı Aleksandr Düma Azərbaycan oxucusu üçün həm tanışdır, həm də doğma. Müəllifin “Qafqaz səfəri” əsəri onu bizə daha da yaxın edib. Digər əsərləriylə yanaşı sevə-sevə oxuyuruq.Qara-Qraf_1 “Ədəbiyyatın “Qara qraf”ı” oxumağa davam et

Yaxın (uzaq) tarix


 

Taxiri bilmək, xüsusən yaxın tarixi bilmək çox önəmlidi. Əzbərlənmiş, trafaret ifadə olsa da gələcəyi müəyyən etmək üçün mütləqdir. Eyni yanlışı yenə də etmək lüksumuz yoxdu.

Azərbaycanın yaxın tarixi bilinmir desəm haqsız olmaram. Qismən bilinir sözü də yaramır. Ona görə ki, məlumatlar o qədər qarışıqdır, o qədər ziddiyətlidir ki, sonucda bilinməz olur.

1988-ci ildən başalayn proses hələ də davam edir. Həmin dövr mənə görə qapanmayıb. Başqa-başqa formalara keçsə də mahiyyəti dəyişmir. Nə zaman bitəcək, yeni mərhələyə qədəm qoyacayıq, bütün bunlar həmin hadisələri necə mənimsəməyimizdən, nəticə çıxaracağımızdan çox asılıdı.Ilham-Ismayil-qapaq “Yaxın (uzaq) tarix” oxumağa davam et

Zorən şahidlər


Beləcə, 1941-ci ilin 21 iyunu… Müharibədən bir gecə əvvəl… Yəqin artıq sonuncu dəfə “Əgər sabah müharibə olarsa…” filminə baxırdıq. Kino bitsə də, heç dağılışmaq istəmirdik. Nəhayət, atamın səbri daşdı: “Bu gün yatmaq fikriniz var? Sabah bazar günüdür”.

Bu sətirlər Belarus yazıçısı, Nobel mükafatçısı Svetlana Alekseyeviçin “Sonuncu şahidlər” kitabındandır. Müəllif dünyada “Müharibə qadın simalı deyil” əsəriylə tanınır. Ədəbiyyat üzrə ən ali mükafatını da məhz bu əsərinə görə alıb. Savaşın görüntüsünü qadınların baxışlarıyla göstərməyə çalışan Alekseyeviç haqqında danışdığım əsərində isə kiçik uşaqların gözüylə nəzər salır.sonuncu_shehidler_01 “Zorən şahidlər” oxumağa davam et

Adımı sənə qoyum…


1940-cı ilin dekabrından 41-ci ilin yanvarı da daxil olmaqla Stalinin yanında hərbi oyunlar keçirilir. Hərbidə zabit kimi qulluq edənlər bilər bunun nə olduğunu. Xəritələr üzərində belə desək virtual hücum və müdafiə döyüşləri simulyasiya olunur, ehtimallar müzakirə edilir və yeni taktiki konsepsiyalar yaradılır. Həmin hərbi oyunlarda sovet ordusu qoşunlarını qəbr cəbhəsinə yığmaq və hücuma keçmək barədə müzakirələr aparılır.nemtsy_copy “Adımı sənə qoyum…” oxumağa davam et

“Mənə dəyən təpik sənə dəysəydi…”


O günü bir tədbirdə İkinci Dünya Savaşında azərbaycanlıların iştirakı müzakirə olundu. Dedim ki, mənə görə 360 min insanımız boş yerə qırılıb. SSRİ mənim vətənim deyildi. 1920-ci ildə işğal olunmuşam, işğalçı böyük təmizləmə işləri aparıb (represiya, fiziki məhvetmələr), zorla vahid sovet vətəni anlayışını yeritməyə çalışıb. Müharibədə döyüşənlərə deyəcəyim yoxdu. Qəhrəmanlıqları fəxrimizdi. Amma yenə də təkrar edirəm boşunaydı.00346

““Mənə dəyən təpik sənə dəysəydi…”” oxumağa davam et

Yas-hekayə


Oğlan çayla stəkanları olan məcməyini samovarın yanından götürüb çadıra tərəf yollandı. Çiyni ilə pərdəni aralayıb içəri girdi. Məclisə nəzarət edən Mais onu görcək çayların kimə veriləcəyini göstərdi.

-Gətir bura. İki dənə də saxla Vahidlə Şahinə.

Yeni gələnlər “Allah rəhmət eləsin” deyib çaylarını aldılar. Üzlərinə kədərli ifadə verib mollanın sözlərinə qulaq asmağa başladılar.din.az_26a.jpg “Yas-hekayə” oxumağa davam et

Pasifistlik təslimçilikdirmi?


Yaş yarımlıq Zəhranın qətli bir daha Qarabağ savaşı ətrafında gedən müzakirələri qızışdırdı və mövqeləri qətiləşdirdi. Vaxtilə problemin sülh yoluyla həllini müdafiə edənlər indi fikirlərində kəskin dönüşlər ediblər.

Cəmiyyətdə əsfanələşmiş bəzi fikirlər barədə qənaətlərini yazacam. Bir çoxları daşlaşmış, qəlibləşmiş düşüncələr olsa da mənim məntiqimə uyğun gəlmirsə heç zaman qəbul etmirəm. Səbəblərini də izah edəcəm.1499286047_19657171_1421792164542030_5320187185942238725_n.jpg “Pasifistlik təslimçilikdirmi?” oxumağa davam et

Bir qərar(sızlığ)ın bəlası


Əbülfəz Elçibəy barədə romanik, duyğusal postlar bir daha göstərir ki, bizim üçün siyasətçi, lider anlayışları dünyada qəbul olunmuş formadan çox fərqlidi. Əgər dünyada liderin, siyasətçinin əldə etdiyi nəticə önəmlidirsə bizdə duyğusal elemnetlər.
Əbülfəz Əliyevə qarşı heç vaxt birmənalı fikrim olmayıb. Əvvəllər neytral yanaşırdımsa sonradan mənfiyə doğru dəyişdi. Səbəblərini izah edim.
İllərlə yığılıb gəlmiş enerjini, minlərlə insanın ümidini, gələcəyini məhv etdi. Həlledici məqamlarda qəti qərarlar verə bilmədiyi üçün.

405850380 “Bir qərar(sızlığ)ın bəlası” oxumağa davam et

Həyat payını axtaran Şərq qadını


 

Pərinuş Səniinin “Mənim payım” romanı əlimə keçəndə öncə oxumağa ərindim. Elə bildim ənənəvi romantik əsərlərdəndi. Hisslərə ifrat yüklənən, romantikanın göz deşdiyi əsərlərə qarşı kompleksim olduğundan uzun müddət bu əsər gözləmə mövqeyində durdu. Sonra isə bir neçə zövqünə inandığım kəslərin tövsiyəsinə əsasən başladım oxumağa.

Peşman da olmadım. Əksinə gec oxuduğum üçün özümü qınadım da. Önyarqıya çox qapılmışam. Pərinuş xanımın avtobioqrafik əsəri xatirə janrına bir maraq oyatdı məndə.Perinush-Senii-Menim-Payim-Cover-Page-curve1 “Həyat payını axtaran Şərq qadını” oxumağa davam et