Gücsüz barış olmur


Bir çoxumuzun gözlədiyi hadisə baş verdi. Qalmaqallı birinci vitse prezident təyinatının ardından cəbhədə atışma baş verdi. Hadisə barədə rəsmi məlumatda itkilərimizin olduğu deyilir. Yenə də qarşı tərəfin hücum cəhdinin qarşısının alındığı vurğulanır. Rəsmi məlumatlar güvəni itirdiyindən insanlar baş verənləri təyinatı gündəmdən salmaq üçün edildiyini düşünür.141229133616_soldier_afghanistan_624x351_pa Oxumağa davam et

Limitli “mərdlik”


YAP-ın molotof kotleti Siyavuş Novruzovun son görüntüləri ondan xəbər verir ki adam ciddi xəstədi. Elə bil əvvəlki üzündən qan daman, yeyib oturmuş Siyavuş deyil. Saçı ağarmış, içini xəstəlik yeyib dağıtmış başqa biri peyda olub. Onun bu halına haqqlı olaraq insanlardan “əccəb olub” şərhləri gəldi. Necə deyərlər özü bu “hörməti” qazanıb. Siyavuş barədə yaxşı sözləri partiyadaşları, ondan yllanan zurnalist bozuntuları zad deyər. Çıxıninsanlar arasında kamerasız, mikrafonsuz sorğu aparın görün millət onun barəsində nə düşünür.sabir Oxumağa davam et

Şairin “müdrik”ləşməsi


 

Şair Kəramət Böyükçöl atasından müsahibə götürüb. Yəni digər şair Qəşəm Nəcəfzadədən. İnsafən deyim ki, Kəramət atamdı deyib güzəştə getməyib. Atasını bir mühasib kimi sıxışdırmağa çalışıb. Nəticədə isə ortaya ənənəvi azərbaycanlı şairin portreti çıxıb.

Kəramət müsahibəni şairdən götürməyə çalışıb, amma Qəşəm Nəcəfzadə suallara şair kimi yox, həyatı anlamış, “müdrik” bir ata kimi cavab verib. Sorğu-sualı oxuyanda məndə ancaq bu təəssüratı oyatdı. Həm də elə bil evdə oturub ata-bala dərdləşirlər. Daha doğrusu atanın növbəti nəsihətnaməsi.510f9e2c468e34854e2dc317cc8f822f Oxumağa davam et

Oyun qaydasızlığı


Hər hansısa bir oyun o zaman baş tutur ki, tərəflər qaydalarında uzlaşsınlar. Əlbəttə zorən oyuna qatılmalar istisna. Məsələn, futbol yarışmasına çıxan komandalar bilirlər ki, əllə topa toxunmaq olmaz, rəqib oyunçuya qarşı sərt davranmaq olmaz. Auta çıxan top meydana əllə qaytarılır, qapıçı bəlli xəttə qədər əllə oynaya bilər və s. Tərəfdəndən biri Bu qaydayalardan ən azı birini tanımadığını desə oyun alınmayacaq.

Dünyada gedən proseslərə də oyun nəzəriylə baxa bilərik. Bilirəm ki, oyun deyəndə şərqlilərin, xüsusən azərbaycanlıların ağlına fırıldaq gəlir. Amma bəşəri qaydalar onlara riayət etdikcə keçərli və effektiv olur.rule_022 Oxumağa davam et

Artıq hamınız “gombul”sunuz


Böyük fransız yazıçısı Gi de Mopassanın gözəl bir əsəri var. “Gombul”. İlk dəfə tələbə ikən oxudum. Açığı o zaman elə də anlamlı gəlməmişdi. Lakin nədənsə onlarla əsər oxumağıma rəğmən yadımda yaxşı qalan, tez-tez xatırladığım tək-tük əsərlərdəndi. Özümə də qəribə gəlirdi ki, nədən məhz “Gombul”u yada salıram.

Həyatın qəribəliklərindən birinə bu əsərlə şahid oldum. Son zaman baş verənlərə aydınlıq gətirə bilmirdim. Daha yaxşı ifadə edəcək vasitə tapa bilmirdim. Tez-tez yadıma düşən “Gombul” əsəri nəyə görə ağlımdan çıxmadığını göstərdi.i_011 Oxumağa davam et

Etiraf edirəm ki…


Son zamanlar düşüncələrimdə, tutduğum mövqelərdə qırılmalar yaşayıram. Daha doğrusu xəyal qırıqlığı. Uzun illərdi müdafiə etdiyim insanlar, siyasi, ictimai görüşlər israrlarıma rəğmən etimadı doğrultmurlar. Payız yarpağı kimi bir-bir düşürlər.

Vaxt vardı alovlu savunduğum siyasətçiləri, ictimai personaları indi nəinki əvvəlki qaydada müdafiə edirəm. Əksinə bəzən qarşı tərəfi belə mat qoyuram.unnamed Oxumağa davam et

Özü yıxılan qoy ağlasın


Keçmiş ANS-çi iş yoldaşımla arada söhbətləşirik fb-la. O kanalda işləyənlər arasında cəmi 2-3 nəfər var ki, hələ də münasibətim var. Qalanlarıyla isə görüşəndən görüşənə salam-sağ ol.

Növbəti müzakirəmizdən biri jurnalistika sahəsindəki ələ baxımlılıq idi. Yəni, bu ölkədə az-az media işçisi var ki, sırf maaşla kifayətlənir. Böyük əksəriyyətinin aylığı, şirinliyi olmasa sadəcə gəbərərlər. Altlarındakı maşınlar, bahalı məkanlarda istirahətlər və s. xərclər maaşla qarşılana bilməz. Bunu ikimiz də bilib qəbul etdiyimizdən rahat söhbətimizi edirdik. Müxtəlif KİV-lərin, hətta müxalif yönlülərin belə süddən çıxmış ağ qaşıq olmadığını sadaladıqdan sonra dedim ki, ANS-çilər pis-yaxşı digərlərinə baxanda elə də kirlənməmişdilər. Hömsöhbətimin reaksiyasını olduğu kimi yazıram: həqiqətən də belə olduğuna inanırdın?17580 Oxumağa davam et