Yaxın (uzaq) tarix


 

Taxiri bilmək, xüsusən yaxın tarixi bilmək çox önəmlidi. Əzbərlənmiş, trafaret ifadə olsa da gələcəyi müəyyən etmək üçün mütləqdir. Eyni yanlışı yenə də etmək lüksumuz yoxdu.

Azərbaycanın yaxın tarixi bilinmir desəm haqsız olmaram. Qismən bilinir sözü də yaramır. Ona görə ki, məlumatlar o qədər qarışıqdır, o qədər ziddiyətlidir ki, sonucda bilinməz olur.

1988-ci ildən başalayn proses hələ də davam edir. Həmin dövr mənə görə qapanmayıb. Başqa-başqa formalara keçsə də mahiyyəti dəyişmir. Nə zaman bitəcək, yeni mərhələyə qədəm qoyacayıq, bütün bunlar həmin hadisələri necə mənimsəməyimizdən, nəticə çıxaracağımızdan çox asılıdı.Ilham-Ismayil-qapaq

Əslində təkcə 1988 hadisələri də bəs etmir. Ötən əsrin əvvəllərinə gedib çıxmaq lazımdı. Rusiyanın yenidən işğalından sonra baş verənlər gətirib 88-ci il hadisələrini doğurdu.

KQB-nin, müstəqillikdən sonra isə həmin qurumun davamı olan MTN-nin keçmiş əməkdaşı İlham İsmayılın “KQB-MTN Görünən dağın bələdçiliyi” kitabı yaxın tariximizi aydınlatmağa yardım edəcək.

Azərbaycan xüsusi xidmət orqanlarında işləmiş adamların xatirə yazmasını xatırlamıram. Cumhuriyətin əks kəşfiyyatına rəhbərlik etmiş Nağı Şeyxzamanlını çıxmaq şərtilə. Bir də bu kitabın müəllifi

Sovet zamanı xüsusi xidmət orqanlarının fəaliyyəti birmənalı deyildi. Yəni mənfinin çalarları vardı. Ya qorxulurdu, ya da nifrət edilirdi. Bolşevik represiya maşının əsas aləti olması, insanları daim izlənmə duyğusu altında saxlamaları bu qurumu daim mənfi imicdə saxladı. Vətəndaşlarının yataq həyatına belə nəzarət etməkdə iddiasında olan və buna çox zaman nail olan SSRİ insanlarda xof yaratmaqla işini asanlaşdırırdı.

Bütün bunlara baxmayaraq bu qurumun içində kosmopolit olmayan, ölkəsində gedən proseslərə biganə qalmayan,  hadisələrin gerçək məğzini anlayan və gələcək faicələrin qarşısını almaq üçün çırpınan insanlar da vardı. İlham bəyin kitabında bunu görmək olar.

Müəllif 1983-cü ildən başlayan xüsusi xidmət orqanı KQB-də başlayan fəaliyyətini gözəl üslubda verir. Jurnalistika təhsili burada əhəmiyyətli rol oynayıb düşünürəm. Oxunaqlılığı, lazımsız ayrıntılardan qaçmağı kitabı daha da maraqlı edir.

Ən əsas hissə 1988-ci ildən sonrakı proseslərdi. SSRİ-nin konfliktlərə ədalətdən uzaq yanaşması, atdığı addımlarla erməniləri daha da azğınlaşdırması bir daha görünür. Ermənistandan azərbaycanlılar qovularkən səsini çıxartmayan Moskva keçmiş Xanlar rayonu ərazisində seperatçılıq edən, silahlanıb ətraf kəndlərə narahatlıq yaradan erməni kəndlərinin köçürülməsinə xüsusi həssaslıqla yanaşır.

Çaykənd və digər erməni kəndlərindəki silahlı dəstələr ətrafdakı azərbaycanlı kəndlərini qorxuya salırdılar. Üstəlik bir neçə insanı da öldürmüşdülər. Gəncə-Hacıkənd yolunun üstündə yerləşən Çaykənd həmin bölgəni iflic edirdi. Ermənilərin şıltaqlıqları isə 1991-ci ilin aprel-may aylarında sona çatdı. Aparılan Halqa (kolço) əməliyyatıyla 20 silahlı erməni öldürülür, mülki əhali isə köçürülür. Bununla da bölgədə sabitlik və sülh təmin edilir.

Eyni əməliyyatlar daha sonra keçmiş Şaumyankənd rayonunda da həyata keçirilir. Bütün bunlar da ancaq bir qrup adamın təşəbbüsü ilə reallaşır. Ermənistanın 17 mart ümumittifaq referendumunu baykot etməsi SSRİ rəhbərliyini qismən Azərbaycan tərəfə meyilləndirmişdi. Bu vəziyyətdən də o zamankı Azərbaycan rəhbərliyi istifadə etməyə çalışdı və müəyyən nətivələrə də nail oldular.

İlham İsmayılın kitabını oxuduqca torpaqların addım-addım necə itildiyinin şahidi olursan. Siyasi qrupların ambisiyaları hər şeydən üstün tutmaları, proseslərin mahiyyətini dərk etməmələri, kimlərinsə əlində oyuncaq olmaları son nəticədə bildiyimiz hadisələrə gətirib çıxartdı. İlham İsmail kitabında xeyli insanın adını çəkir. Hansılar ki bir çoxu hazırda yaşayır. Bəzi yerlərdə isə peşə kodeksinə uyğun müəyyən adamların adlarının hallanmasından qaçıb. Nə qədər də MTN-dən istefa etmiş zabit olsa da götürdüyü öhdəliklər ömrünün sonuna qədər onunla olacaq. Peşəkar yanaşma. Bunu tələb edir.

Müəllifin demək olar şahidi olduğu hadisələrdən yazması, ölkənin ancaq bir bölgəsində baş verənləri qələmə alması o dövrü tam təsvir etməyə yetməsə də bəlli konturlar cıza bilir. Üstəlik həmin bölgəin Gəncəbasar olması çoc şey deyir. Cəbhə hakimiyyətinin qısaömürlülüyünün səbəbləri bir daha görmək olar. Səriştəsizlik və ən əsası qətiyyətin olmaması.

Osmanlı sultanı İkinci Mehmetin ordusu Konstantinopolu mühasirəyə alanda Bizansın elitası mələklərin dişimi yoxsa erkək olmasının mübahisəsini edirmişlər. Nəticədə 800 illik bizans şəhəri türklərin əlinə keçdi. Kitabdan götürdüyün hissədə də eyni halı görmək olar:

– Dəlixananı aldılar, köməyimiz də yoxdu, qabağı alınmasa, Ağdam getdi.

Telefonu götürüb Müdafiə Nazirliyini sifariş etdik. Nazirlikdən dedilər ki, Ali Sovetlə danışın, dövlət başçısı, Ali Baş Komandan ordadı, onunla danışın, biz heç nə deyə bilmərik. Ali Sovetdə hansısa şöbəylə birləşdirdilər. Ağdamın təhlükədə olduğunu, qüvvənin çatışmadığını dedik, Heydər Əliyevlə necə əlaqə saxlamağı xahiş etdik. Ali Sovetdəki məmur yarızarafat-yariciddi: “Bu saat iclas gedir, mübahisə təzə qızışıb, uzun çəkər”, – deyib, o da öz növbəsində Müdafiə Nazirliyinə müraciət etməyimizi məsləhət gördü.

Ağdam fəlakət qarşısındaydı, Ali Sovetdəkilər köhnə palan içi töküb, bir-birlərini nə vaxtsa, nə dediyinə görə ittiham edirdilər. Müdafiə Nazirliyi isə yox kimi bir qurum idi. Şahin Rüstəmovla qərara gəldik ki, Əfətliyə gedək, ordakı vertolyot eskadrilyası ilə danışaq, kömək etmələrini xahiş edək. Əfətliyə çatıb Elçin adlı rusdilli bir komandirlə görüşdük, vəziyyəti anlatdıq. Vertolyotlara, ümumiyyətlə, köməyə ehtiyac olduğunu bildirdik. Elçin bizə qulaq asıb Müdafiə nazirinin əmrini gözlədiyini deyib, bizi tam

ümidsiz qaytarmaması üçün bir nəfəri çağırdı. Qalxıb dəlixananın yanında bizimkilərə kömək etmək əmrini verdi. Çağırdığı adam sakitcə:

– Biz havaya qalxan kimi, sərçə kimi vurub salacaqlar

Yerdə bizə kömək edən ağır artilleriya yox, tank yox, bütün atəş bizə açılacaq. Uşaqlar qalxmayacaqlar.

Komandir Elçin qışqırdı:

-Тогдла вы на … мне нужны. Я сейчас министру доложу.

Burdakıların mübahisəsi mənasız, yorucu və ümidsiz idi

Şahin Rüstəmovla Ağdama dönməkdən başqa əlacımız qalmamışdı. Ölkə başını itirmişdi. Hər şeyi, siyasi hərcmərcliyi birtərəfə qoyub bütün diqqəti cəbhəyə, Ağdama vermək əvəzinə “Sən o vaxt niyə belə dedin? O vaxt sən aşırmalı şalvar geyirdin” kimi dedi-qodu səviyyəli mübahisələr yaxın tariximiz olduğundan əksəriyyətin indi də yadındadı. Qarabağlılar o vaxt belə deyirdilər: “Stol davası şirin oldu, yaddan çıxdı Qarabağ” :

 

 

Advertisements

Cavab yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma