Pasifistlik təslimçilikdirmi?


Yaş yarımlıq Zəhranın qətli bir daha Qarabağ savaşı ətrafında gedən müzakirələri qızışdırdı və mövqeləri qətiləşdirdi. Vaxtilə problemin sülh yoluyla həllini müdafiə edənlər indi fikirlərində kəskin dönüşlər ediblər.

Cəmiyyətdə əsfanələşmiş bəzi fikirlər barədə qənaətlərini yazacam. Bir çoxları daşlaşmış, qəlibləşmiş düşüncələr olsa da mənim məntiqimə uyğun gəlmirsə heç zaman qəbul etmirəm. Səbəblərini də izah edəcəm.1499286047_19657171_1421792164542030_5320187185942238725_n.jpg “Pasifistlik təslimçilikdirmi?” oxumağa davam et

Bir qərar(sızlığ)ın bəlası


Əbülfəz Elçibəy barədə romanik, duyğusal postlar bir daha göstərir ki, bizim üçün siyasətçi, lider anlayışları dünyada qəbul olunmuş formadan çox fərqlidi. Əgər dünyada liderin, siyasətçinin əldə etdiyi nəticə önəmlidirsə bizdə duyğusal elemnetlər.
Əbülfəz Əliyevə qarşı heç vaxt birmənalı fikrim olmayıb. Əvvəllər neytral yanaşırdımsa sonradan mənfiyə doğru dəyişdi. Səbəblərini izah edim.
İllərlə yığılıb gəlmiş enerjini, minlərlə insanın ümidini, gələcəyini məhv etdi. Həlledici məqamlarda qəti qərarlar verə bilmədiyi üçün.

405850380 “Bir qərar(sızlığ)ın bəlası” oxumağa davam et

Həyat payını axtaran Şərq qadını


 

Pərinuş Səniinin “Mənim payım” romanı əlimə keçəndə öncə oxumağa ərindim. Elə bildim ənənəvi romantik əsərlərdəndi. Hisslərə ifrat yüklənən, romantikanın göz deşdiyi əsərlərə qarşı kompleksim olduğundan uzun müddət bu əsər gözləmə mövqeyində durdu. Sonra isə bir neçə zövqünə inandığım kəslərin tövsiyəsinə əsasən başladım oxumağa.

Peşman da olmadım. Əksinə gec oxuduğum üçün özümü qınadım da. Önyarqıya çox qapılmışam. Pərinuş xanımın avtobioqrafik əsəri xatirə janrına bir maraq oyatdı məndə.Perinush-Senii-Menim-Payim-Cover-Page-curve1 “Həyat payını axtaran Şərq qadını” oxumağa davam et

Cəsarətsizlikdən doğan aqressiya


İçi mən qarışıq azərbaycanlıların problem həll etmə üsulu belədir. Məsələnin üstünə getmək yerinə “alternativ”lər axtarırıq. Məsələn, soyuqlayarıq, burnumuz axar, boğazımız şişər, ayağımız burxular. Həkimə müraciət etmək seçənəklərimizin ilk ülçlüyündə yer almaz. Bu təkcə tibbi xidmətin bahalı və yararsız olmasına görə deyil. İmkanlımız da belədir. Xəstəlik canımızı alana yaxın əl ayağa düşürük və o zaman dərdi kökündən həll etməyə çalışırıq. Ancaq əksərən iş işdən keçmiş olur.aggressive-rabbit “Cəsarətsizlikdən doğan aqressiya” oxumağa davam et

Gücsüz barış olmur


Bir çoxumuzun gözlədiyi hadisə baş verdi. Qalmaqallı birinci vitse prezident təyinatının ardından cəbhədə atışma baş verdi. Hadisə barədə rəsmi məlumatda itkilərimizin olduğu deyilir. Yenə də qarşı tərəfin hücum cəhdinin qarşısının alındığı vurğulanır. Rəsmi məlumatlar güvəni itirdiyindən insanlar baş verənləri təyinatı gündəmdən salmaq üçün edildiyini düşünür.141229133616_soldier_afghanistan_624x351_pa “Gücsüz barış olmur” oxumağa davam et

Limitli “mərdlik”


YAP-ın molotof kotleti Siyavuş Novruzovun son görüntüləri ondan xəbər verir ki adam ciddi xəstədi. Elə bil əvvəlki üzündən qan daman, yeyib oturmuş Siyavuş deyil. Saçı ağarmış, içini xəstəlik yeyib dağıtmış başqa biri peyda olub. Onun bu halına haqqlı olaraq insanlardan “əccəb olub” şərhləri gəldi. Necə deyərlər özü bu “hörməti” qazanıb. Siyavuş barədə yaxşı sözləri partiyadaşları, ondan yllanan zurnalist bozuntuları zad deyər. Çıxıninsanlar arasında kamerasız, mikrafonsuz sorğu aparın görün millət onun barəsində nə düşünür.sabir “Limitli “mərdlik”” oxumağa davam et

Şairin “müdrik”ləşməsi


 

Şair Kəramət Böyükçöl atasından müsahibə götürüb. Yəni digər şair Qəşəm Nəcəfzadədən. İnsafən deyim ki, Kəramət atamdı deyib güzəştə getməyib. Atasını bir mühasib kimi sıxışdırmağa çalışıb. Nəticədə isə ortaya ənənəvi azərbaycanlı şairin portreti çıxıb.

Kəramət müsahibəni şairdən götürməyə çalışıb, amma Qəşəm Nəcəfzadə suallara şair kimi yox, həyatı anlamış, “müdrik” bir ata kimi cavab verib. Sorğu-sualı oxuyanda məndə ancaq bu təəssüratı oyatdı. Həm də elə bil evdə oturub ata-bala dərdləşirlər. Daha doğrusu atanın növbəti nəsihətnaməsi.510f9e2c468e34854e2dc317cc8f822f “Şairin “müdrik”ləşməsi” oxumağa davam et