Məktəblərdə hicab təhlükəsi


Yenə də dindarlar demokratiya davası edirlər. Təhsil nazirinin orta məktablərdə başörtüsünü qadağan etməsini bunlar insan haqqlarına hücum kimi qiymətləndirirlər, hələ bu İranın qeyri rəsmi səfiri şiə haqqlarının yorulmaz müdafiəçisi həcü İlqar İbrahimoğlu day özünə yer tapa bilmir, Avropa dəyərlərini gözümüzə soxur. Məktəblərə, elm ocağı sayılası bir yerə qaranlığı soxmaq istəyirlər. Adını da qoyurlar demokratik azadlıqlar. Ayrı vaxtı yada salmadıqları konstitusiyanı ələk vələk edib oradan mövqelərini müdafiə edən müddəalar tapsınlar. Tapdıqları da bu olur ki bəs anayasada hər kəsin təhsil almaq hüququ var və heç kim bu haqqı insanlardan ala bilməz. Pay atonnan, ayrı vaxt Qurandan başqa heç bir qayda qəbul … Məktəblərdə hicab təhlükəsi oxumağa davam et

AZADLIQ-cənnət həzzi


Aztv-də YAP-ın ildönümüylə bağlı quru tədbirlərin birində AXC-Müsavat dövrünü anarxiya, paşıpozuqluq dövrü adlandırması bu yazını yazmağa rəvac verdi. 1 illik hakimiyyətin bizə qazandırdığı dəyərlərin başında gələn AZADLIQDAN danışacam. 1993-də min bir fırıldaqla hakimiyyətə gələn H. Əliyev Brejnev dövründə qazandığı idarəetmə təcrübəsini (o onsuz da başqa təcrübə bilmirdi) yenidən işə saldı. Avtoratiznə, diktatorluğa kəskin U dönüşü özünü ilk növbədə tv-də göstərdi. dövlət televiziyası ilə H.Əliyevin az qala tualetə getməsini belə hər gün evimizə soxmağına insanların reaksiyası bir idi: iyrənirdilər. Üzdə göstərməsə də insanlar hər gün ekranda ancaq bir adamı görmələrinə lətifələr qoşması buna sübutdu. Lakin bir şey məni düşündürüdü ki, 70 … AZADLIQ-cənnət həzzi oxumağa davam et

Ömür boşunadı burda


Bu ölkədə yaşmaq ən optimist insanlar üçün belə işkəncəyə çevrilir. Son seçki bu hissi daha da gücləndirdi. Bu ölkəyə yiyəlik edənlər vətən, torpaq, millət, Qarabağ, vətəndaşlıq anlayışlarını gözdən salmaq üçün nə yola desən getdilər. Artıq adını çəkdiyimlərə ikrah etməyən tək tükdü. və bu bilərəkdən edildi. Bu ölkədə yaşamaq artıq zülmdü. Problemi də kişi kimi deyil ki mərdanə üstünə gedəsən. çaqqal kimi pusquda duran maneələr gözləmədiyin anda üstümüzə gəlir. Koroğlunun “Tüfəng çıxdı, kişilik getdi” sözünü məhz indiyə aid edərdim. Azərbaycanı idarə edən zümrə hansı dəyərləri daşıyır hələ aydınlaşdıra bilmirəm. Qaniçənlik sözü belə bunlara az gəlir. Keçib gedən gəncliyimə heyfim gəlir. Boz, … Ömür boşunadı burda oxumağa davam et

Hüsrana uğramaq


Son parlament seçkisiylə əliyevlər onun qarşısında olanları ayırmadığını bir daha sübut etdi. Göstərdi ki, onun üçün liberal da, solçu da, millətçi də, dindar da eyni şeydi. Əgər kimsə biət edib əliyevlər xanədanının təbəəliyini qəbul etmirsə o həmişə “destruktiv”, “pozucu”, “dövlətçi”liyimizə qarşı çıxanlar olacaq. Lakin bu seçkidə ən çox zərbəni liberal kəsim aldı. Liberal dəyərləri üstün tutan bu təbəqə həm də xalqa yuxarıdan aşağı baxdığını gizlətmirdi də. Qeyri demokratik cəmiyyətimizin mövcudluğunu xalqın üstünə atıb bundan çıxış yolu kimiliberal dəyərləri təklif edirdilər. O dəyərlərin necəliyini isə çox vaxt internet şəbəkəsində və deyərdim insanlara yad dildə çatdırırdılar. Bunların bir qismi xaricdə təhsil almışlar, … Hüsrana uğramaq oxumağa davam et

Unudanların nəzərinə


Yeni işə girəndən tanıdığım və özümə yaxın gördüklərimdən gözləmədiyim münasibətlər gördüm. Sanki bu işimlə mən dəyişəcəm. İxtasasıma görə və etiraf edim ki yeganə bacardığım sənət olan jurnalistikayla bağlı düzəldiyim ANS kanalında işləmək bəzilərinə görə elə hakimiyyətə işləməkdi, bəlkə də daha betər. neynək, qoy elə hesab eləsinlər. Bir anlıq idealizmi qoyaq kənara. İşsiz gücsüz, beş manatın yiyəsi olmadığım halda bir nəfər demədi ki ay filankəs bəs ailəni necə dolandırırsan? Kimsə bu sualı vermədi, əksinə dah mübariz olmağımı, daha da aktivistliyimi tələb edirdilər. Mənsə o şəxslərdən pul istəmirdim, iş tapmağıma yardım etməklərini gözləyirdim. Mənə ağıl öyrədənlərin necə və hansı yerlərdən maliyələşdikləri də … Unudanların nəzərinə oxumağa davam et