Yas-hekayə


Oğlan çayla stəkanları olan məcməyini samovarın yanından götürüb çadıra tərəf yollandı. Çiyni ilə pərdəni aralayıb içəri girdi. Məclisə nəzarət edən Mais onu görcək çayların kimə veriləcəyini göstərdi.

-Gətir bura. İki dənə də saxla Vahidlə Şahinə.

Yeni gələnlər “Allah rəhmət eləsin” deyib çaylarını aldılar. Üzlərinə kədərli ifadə verib mollanın sözlərinə qulaq asmağa başladılar.din.az_26a.jpg “Yas-hekayə” oxumağa davam et

Advertisements

Canavar-hekayə


Siz həyatınızda canavar gördünüzmü? Zooparkda gördüyünüzü saymayaq. Kənddə böyüyənlər görmüş olar, çöldə bayırda əkinə gedəndə, mal-qara otaranda qarşılarına çıxıb. Bu cür qarşılaşmalar çox vaxt ani olur. Həm insan, həm də canavar bu ani qarşılaşmanı gözləmədiklərindən ikisi də hürkür. “Üz-üzə gəldik, amma mənə heçnə etmədi”, “Yolda qarşıma çıxdı, yerimdə donub qaldım, bir az sonra özü çıxıb getdi”, “O günü bostanda növbə çəkirdim, baxdım tağların arasından xışıltı səsi gəlir. Yaxınlaşıb gördüm ki, canavardı, yemişləri yeyir. Məni görən kimi qaçdı getdi” və başqa hekayələri o qədər eşitmişdim ki. Yəqin sizlərə də danışıblar.grey-wolf-snow “Canavar-hekayə” oxumağa davam et