Yoxdan vətən


Rəsulzadə və silahdaşları niyə bizim üçün dəyərlidilər? Müsəlman şərqində ilk respublika qurduqları üçünmü? Parlamentli idarəetməyə görəmi? Bayrağımızı və himnimizi yaratdıqları üçünmü? Mən görə onlar daha böyük, möhtəşəm bir işi gördükləri üçün dəyərlidilər… Bizə vətən qazandırdılar.27332716_1582464438456525_3667553482663560680_n
1918-ci ilin 28 mayına qədər Azərbaycan adı siyasət səhnəsində olmamışdı. Bununla birgə də indiki torpaqlarımız vahid dövlət, vətən mənasında birləşməmişdi. El, oba, bölgə kimi ərazi vahidlərindən o tərəfə gedə bilmirdik. Bir qubalı, lənkəranlı, gəncəli, naxçıvanlı, qarabağlı, şəkili və s. yerdən olanlar üçün vətən elə onun öz kəndi, uzağı bölgəsiydi. Çar Rusiyası idarəetməsində də biz Gəncə, Qarabağ, Bakı quberniyaları, qəzaları formasında vardıq. Bakının Gəncəyə bağlılığı din, millət və dil eyniliyi üzərindən idi. Hansısa xarici aqressor qarşısında müdafiə olunmaq imkanları çox məhdud idi. Məsələn, ermənilər Zəngəzura, Naxçıvana, Qarabağa hücumlar edəndə qubalı, lənkaranlı, bakılı, şəkili, gəncəli, aranlı köməyə gələ bilmirdi. Ona görə yox ki, uzaqdı, ona görə ki, bir dövlət, o dövlətin də nizami ordu anlayışları yox idi. Məhz AXC qurulduqdan sonra 1919-cu ildə Cənub bölgəmizdə malakanların bolşeviklərlə birgə qaldırdıqları qiyam, 1920-ci ilin martında ermənilərin Qarabağdakı üsyanı bu amillərin olması səbəbindən yatırıldı. Əldəki imkanlar bir hədəfə səfərbər olunurdu. Rəsulzadə və silahdaşları bizə bu vətəni, dövləti qazandırdılar. Tək elan etməklə qalmadılar. Zamanlarını qabaqlayan düşüncə tərzləri ilə damğalarını vurdular. 1920-ci ilin aprelində işğala gələm bolşeviklər də Azərbaycanı 1918-ci ilin 28 mayından əvvəlki ərazi formasıyla yox, məhz Cumhuriyətin formasında qəbul etdilər.

Advertisements

Cavab yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma