Adımı sənə qoyum…


1940-cı ilin dekabrından 41-ci ilin yanvarı da daxil olmaqla Stalinin yanında hərbi oyunlar keçirilir. Hərbidə zabit kimi qulluq edənlər bilər bunun nə olduğunu. Xəritələr üzərində belə desək virtual hücum və müdafiə döyüşləri simulyasiya olunur, ehtimallar müzakirə edilir və yeni taktiki konsepsiyalar yaradılır. Həmin hərbi oyunlarda sovet ordusu qoşunlarını qəbr cəbhəsinə yığmaq və hücuma keçmək barədə müzakirələr aparılır.nemtsy_copy

Bundan sonrakı dövrdə isə bütün siyasət həmin istiqamətdə aparılır. Qısa zamanda 11 piyada, 3 aviasiya, 2 tank ordu qruplaşmaları yaradılır və ənayə müəssisələrinə hərbi sifarişlər artır. Dəmir yolu sistemi bütünlüklə hərbi ehtiyacları ödəmək üçün səfərbər olunur. 22 iyuna qədər sənayə və aqrar məhsulların dövriyyəsi sürətlə azalır. Yeni yaradılan ordu qruplaşmaları təcili olaraq qərb istiqamətinə, əsasən də Rumuniya ilə sərhəddə tərəf yönəldilir. Onminlərlə vaqon həmin istiqamətə hərbi yük daşıyır. Yeni qurulan birləşmələrin qalması üçün kazarmalar yox idi. Ölkədəki hərbi infrastrukturlar yeni çağrılan əsgərlərin ehtiyacını ödəyə bilmirdi. Meşələrdə çadırlarda, bəzən də açıq havada gecələyirdilər.
Sovet ordusu əlindəki hərbi arsenalın böyük hissəsini sərhəddə yığmışdı. on minlərlə ton sursat, minlərlə tank, təyyarə zavodlardan birbaşa qərb istiqamətinə yönəlirdi. Sovet tarixçiləri bu hərəkətlənmənin müdafiə məqdəsi güddüyünü deyirdilər. Amma müdafiə olunan tərəfə istehkam qurğuları düzəldər, yüksəklikləri nəzarətə götürər, tikanlı məftillərin sayını artırar və minaları bol edər. Amma “müdafiə”yə hazırlaşan sovet ordusu bunların heç birini etmirdi. Əksinə, sərhəd tellerii sökür, minalı əraziləri təmizləyir, yollar, körpülər istisna olmaqla hər yerdən sərhədçiləri geri çəkir, hücum silahlarının sayını artırırdı. Bütün bunları da gizli etmək qeyri mümkün idi. Alman kəşfiyyatı məlumatı çoxdan almışdı və hazırlıqlarını görürdü. Onlar da şərq sərhədlərinə hərbi birləşmələri yığırdı.
Almanlar hücum edərkən sovetlərin qoşun yığını tamamlanmamışdı. Alman təyyarələri minlərlə vaqon hərbi yükü elə yoldaca məhv etdilər. Aeradromlarda minlərlə təyyarə yanıb küldü. 1920-ci illərdən sovet insanının qanı, canı, malı bahasına əldə olunan hərbi qüdrət qısa müddət ərzində məhv oldu. Əgər nasistlər 22 iyunda hücum etməsəydilər bir neçə gün sonra sovetlər mütləq almanlara savaş açacaqdılar

Advertisements

Cavab yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma