“Mənə dəyən təpik sənə dəysəydi…”


O günü bir tədbirdə İkinci Dünya Savaşında azərbaycanlıların iştirakı müzakirə olundu. Dedim ki, mənə görə 360 min insanımız boş yerə qırılıb. SSRİ mənim vətənim deyildi. 1920-ci ildə işğal olunmuşam, işğalçı böyük təmizləmə işləri aparıb (represiya, fiziki məhvetmələr), zorla vahid sovet vətəni anlayışını yeritməyə çalışıb. Müharibədə döyüşənlərə deyəcəyim yoxdu. Qəhrəmanlıqları fəxrimizdi. Amma yenə də təkrar edirəm boşunaydı.00346

Üstəgəl əsir düşüb almanlar tərəfində döyüşənləri elə hərarətlə xain adlandırırdılar ki. Nə haqqla onlara xain deyirsiniz? Stalinqrad, İjefsk, Kursk, Brest zadın mənə nə aidiyyatı var axı. SSRİ-nin tərkibinə könüllü girməmişik axı durub hələ bir sədaqət də gözləyək.
Qeyri ruslar bir kənara, rusların özləri yüzminlərlə əsir düşüb elə öz qandaşlarına qarşı savaşırdılar. General Vlasovun tabeçiliyindəki rusların sayının yüzminlər olduğu deyilir. Bilirsinizmi niyə almanların tərəfində döyüşürdülər? Cıqqılı bir misal verim.
Azərbaycan hakimiyyətinin represiyasının Stalin Rusiyasının yanında əls humanizm nümunəsi olduğunu qəbul edərsiniz. Kimsəni geceylə maşına oturdub güllələnməyə, gedər-gəlməzə aparmırlar. Total xof, danosbazlıq çox cüzidi. o vaxtkına nəzərən əks düşüncə demək olar kef edir. Lakin, buna baxmayaraq hakimiyyətin antidemokratik siyasətindən qeyzlənirik, alə bu nə yaşayışdı deyib ölkəyə də, vətənə də lənətlər yağdırırıq. Hələ üstəlik bəziləri olur ki, filan problem həll edilməsə Ermənistana keçəcək və s. Bəzən isə acığa düşüb torpağı işağlçıya bağışlayaq deyənlər də çıxır.
Stalinin cəhənnəminin yanında əməlli başlı cənnət olan indiki rejimdən bu qədər hiddətlənib üsyan qaldırırsınızsa görün o dövrün insanları nələr keçirib. Əllərinə düşən fürsətdən (almanların işğalı) istifadə etməyə çalışıblar. Özünüzü onların yerinə təsəvvür edin. 1929-34-cü illərdə kollektivləşmə prosesində aclıqdan bir çox yaxınınızı itirmisiniz, 37-40-cı illər represiyasında valideynlərinizdən biri və ya hər ikisi ya güllələnib, ya da sürgün olunub. Sizi də oxuduğunuz təhsil ocağından və ya işlədiyiniz yerdən çıxardıblar. Reaksiyanız necə olardı? Za rodinu, za stalinu deyib ürəklə irəli cumardınızmı?
Advertisements

Cavab yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma