Pasifistlik təslimçilikdirmi?


Yaş yarımlıq Zəhranın qətli bir daha Qarabağ savaşı ətrafında gedən müzakirələri qızışdırdı və mövqeləri qətiləşdirdi. Vaxtilə problemin sülh yoluyla həllini müdafiə edənlər indi fikirlərində kəskin dönüşlər ediblər.

Cəmiyyətdə əsfanələşmiş bəzi fikirlər barədə qənaətlərini yazacam. Bir çoxları daşlaşmış, qəlibləşmiş düşüncələr olsa da mənim məntiqimə uyğun gəlmirsə heç zaman qəbul etmirəm. Səbəblərini də izah edəcəm.1499286047_19657171_1421792164542030_5320187185942238725_n.jpg

Toxunacağım mövzular hansısa kriteriyalara görə yox, ağlıma hansı öncə gəlirsə sıralamışam.

Ermənistanla aramızdakı konfliktə əsas günahkarın Rusiya olması mifinə gələk. 20-ci əsrin əvvəllərindən başlayaraq ermənilərlə azərbaycanlılar arasında etnik qarşıdurmalar baş verdi. 1905-6, 1918-20 və 1988-93 və müasir dövr. İstisnasız olaraq demək olar ki, bütün münaqişələri başladan tərəf ermənilər olub. İndiki Ermənistan ərazisində keçən əsrin əvvəllərində etnik vəziyyət türklərin xeyrinə idi. İrəvanda belə. Lakin sonra noldu? Az çox bilirsiniz. Ruslar bir dəfə qızışdırdı, iki dəfə qızışdırdı, bəs ardını kim gətirdi? İki tərəf kiminsə “tırka”sına gedib münaqişə vəziyyətinə gələ bilər. Lakin ayılandan, ağlı başına gələndən sonra peşman olub geri çəkilməlidi axı. Ermənilər o kəndləri rusun diktəsiylə yandırmayıblar axı. Rus onlara “gedin filan-filan kəndləri yandırın” deməyib. Deyə də bilməzdi. Necə olur ki, “parçala, hökm et” prinsipini əldə əsas tutan rus bizi ancaq ermənilərlə düşmən etdi. Bəs gürcülər, ləzgilər, avarlar, talışlar niyə bu “tırka”lara düşmədilər?

Adamlar 19-cu əsrdən başlayaraq planlı şəkildə müəyyən əraziləri tutmaq üçün mübarizə apardılar. “Hnçak”, “Daşnaksityun” kimi təşkilatları ruslar qurmadılar. Ermənilər qurub Ermənistan yaratmaq istədilər.

Əslində ruslar ermənilərdən yox, ermənilər ruslardan istifadə etdilər. Birinci Dünya Savaşı başlayan kimi Osmanlıda olan erməni vətəndaşları təbəəsi olduqları dövlətə xəyanət edib düşmən ölkə, Çar Rusiyasının tərəfində savaşdılar. Savaşmaqla da qalmadılar, mülki türklərə qarşı misli görünməmiş amansızlıqlar etdilər.

Ondan sonra isə Qafqazda etdikləri vəhşiliklər bir daha göstərir ki, bu xalq konkret olaraq bütün münaqişələri şüurlu şəkildə yaradıblar. Kiminsə təhrikiylə yox. Nəriman Nərimanovun “Bahadır və Sona” əsərindəki “Atan kazaklardı” ibarəsini isə bir tərəfli baxış kimi dəyərləndirirəm.

Son Qarabağ savaşının başlaması və gedişini azacıq araşdıranda görmək olur ki, ruslar orada sadəcə özlərinə tərəfdaş axtarıblar. Hər zaman olduğu kimi ermənilər onların tələbatlarına cavab verib. Yəni, ruslar yaratmayıb bu konflikti. 1985-ci ildə erməni diasporu Afinadakı yığıncağında növbəti ərazi həmləsinin məhz Qarabağda ediləcəyi barədə qərar alıb. Digər alternativlər Axalkalaxi və Türkiyə idi. Ən optimal variant kimi Qarabağın üzərində durulub.

Burada Rusiyanın, rusların günahsız olmasını iddia etmirəm. Əksinə, onların səyi nəticəsində Zəngəzur, Mehri, Qarabağ, Naxçıvanın bir hissəsi, Qazaxın bir parçası Ermənistana birləşdirilib. 20-30-cu illərdə onminlərlə insanımızın məhv olunmasına ermənilərin rolu danılmazdır. NKVD və digər güc strukturlarında özlərinə yer edərək əllərindən gələni etdilər. Bunu hansısa pafosla söyləmirəm. Sənədlərlə təsdiqini tapmış xeyli faktlar var.

Digər əfsanə iki xalqın öz aralarında dil tapmaq imkanının siyasilərdən çox olmasıdı. Könül istərdi ki, belə olsun. Mamedlə Aşot bir yerə gəlib münaqişəni özləri həll etsinlər. Amma bir şeyi unudurlar ki, problemin həllini (barışığı) istəyən aşotlar bunu hansı şərtlərlə etmək istəyirlər? Azərbaycanın ərazi bütövlüyünün bərpasına razı olacaqlarmı? Buna razı olanlar erməni diasporunun, millətçi qrupların təzyiqlərinə dözə biləcəklərmi? Qarabağ uğrunda döyüşlərdə həlak olmuş ermənilərin yaxınları, onların xatirəsini yaşadanlar razı olacaqlarmı? Yəni siz gerçəkdən belə şeyləri düşünmürsünüzmü sayın intelegensiya? Ermənistanda bu münaqişənin Azərbaycanın haqqı tanınmadan həll olunmayacağını dərk edən ermənilərin olduğuna inanıram. Az da deyillər. Lakin təşkilatlanmayıblar və müdafiələri çox zəifdilər. Təəssüf ki, dövlət olaraq da onlardan istifadə edə bilməmişik.

Qarabağ probleminin ancaq sülh yoluyla həll edilə biləcəyi fikrinə verəcəyim cavab odur ki, çox yaxşı, ustaca bizə dürtülmüş pasifizə alətidir. Bu məsələni bir az ətraflı açım.

Cənubi Qafqaz Qərb üçün çox mühim bölgədi. Əsas prioritetləri də sabitlikdir. Bunu demokratik, sivil cəmiyyətlərə sahib ölkələrlə əldə etmək istəyirlər. Yoxdursa da onlar üçün fərq etmir. Qərb yaxşı anlayır ki, bölgədə qalıcı sabitlik Azərbaycanın haqqlarının bərpa olunmasından asılıdı. Ancaq bunu təmin edə bilmir. Ermənistana edilən təzyiqlər effektli deyil. Buna baxmayaraq yenə də sabitlik istəyirlər. Bir yol qalır ki, Azərbaycan tərəfini indiki durumla barışdırmaq. Pasifizm, humanizm, fərqli yanaşma, qan tökülməsin, bütün xalqlar qardaşdı, dünyada torpaq üstündə savaşanlar geridə qalmış toplumlardı və s bu kimi qəliblərlə insanların müqavimət hissini minimuma endirmək istəyirlər. Dediklərim konspiralogiya kimi görünə bilər amma gəldiyim qənaətimdə israrlıyam. Pasifizm hərəkatının işağlçı ölkədə yayğın olması məntiqə uyğundur. Bizdəki vəziyyət isə tərsinədi. İşağala məruz qalmış, insanları etnik kimliyinə görə yerlərindən didərgin salınmış bir toplumda pasifist hərəkat şaxələnir. İnanmıram ki, Ermənistanda bizdəki qədər bu qədər “sülh göyərçini” olsun.

Sülh danışıqları üçün əlində kozır olmalıdı. Tarixi bir misal verəcəm. Türkiyə 1918-i ilin sonunda Antanta ölkələri tərəfindən işğal olundu. Orta anadolu xaric qalan ərazilər qalib ölkələr arasında bölüşdürüldü. İngilislərin təşviqi və yardımıyla yunan ordusu İzmir və çevrəsini,d aha sonra isə Şərqi Trakyanı tutdu. M.Kamal İstitlal Hərəkatını başladarkən əsas hədəf yunanları ölkədə çıxarmaq idi. Amma başda İngiltərə olmaqla Antanta ölkələri Türkiyəni işğal olunmuş torpalarla barışdırmaq istəyirdi. Minnətli bir-iki güzəştlərlə İzmir və çevrəsini, Şərqi Trakyanı güzəştə getməsini istəyirdi. Bizim liboşlar, xumanistlərə qalsaydı Atatürk gərək “qan tökülməsin” deyə irəli sürülən şərtləri qəbul edəcəkdi. Həm də böyük strateq olan M.Kamal hərbi qələbəsiz düşmənin işğal etdiyi torpaqlardan geri çəkilməyəcəyini bilirdi. İstənilən barış təkliflərinə də maksimum tələblə cavab verirdi.

Və… 1922-ci ilin avqustun 26-da Büyük Taarruzla (böyük hücum) yunan ordusu darmadağın oldu və ölkədən tamamilə çıxarıldı. Türk ordusu 20 minə yaxın itki versə də qanlar boşuna tökülməmişdi. Daha doğrusu aparılan siyasət o qanları dəyərləndirdi. Nəticədə adıçəkilən ərazilər boşaldıldı, işğalçılar sözün birbaşa mənasında dənizə töküldü. Bundan əlavə böyük dövlətlər Türkiyənin qərarlığını görüb addımlarını ona görə atdılar. Sevri zorla dirəyən Antanta bu dəfə Lozanda əməlli başlı güzəştə getdi (əslində türklər sökə-sökə aldılar). Sonradan isə əhali mübadiləsiylə Egey və Qaradəniz bölgəsindən problemli əhali, -rumlar çıxarılaraq Yunanıstandakı türklərlə dəyişdirildi.

Müharibədə insanlar ölür arqumenti. Əlbəttə ölürlər. Amma müharibələr də fərqlidi atam balası. Biri var işğalçı savaş, biri də var müdafiə. Bu fərqi anlaya bilmirsənsə oxuduğun kitabların vərəqlərinə tum doldurub satsaydın daha çox faydalı olardı. Kim ölmək istəyir ki. Amma sənə qarşı təhdid varsa cavab verməlisən. Əmin amanlığın bədəli var. Ötən il 500-dən çox adam intihat etdi. Niyə onların ölümünü bu qədər tirajlamırsınız? Onların canı can deyildi. Və ya avtoqəzlarda, qaz sızmalarında, dənizdə boğulmalarda və s-də yüzlərlə adam ölür. Çoxu da dövlətin səhlənkarlığı nəticəsində Hadi buyurun önden alalım sizi.

Müharibə başlasa gedərsənmi sualı. Atam qərdeşim, 90-cı illərdə qalmısan sən. Müharibəni dövlət aparır. O da çağırış vərəqini verir ki, filan vaxtı gəl filan yerə. Vəssalam. Dövlət bunu necə yerinə yetirir o başqa məsələ. Qarışdırmasanız minnətdar olaram və hələ də məntiqinizin işlədiyinə əmin olaram.

Baxırsan bəziləri isterikadan “mən də erməni uşağını öldürərəm” yazır. Elələrinə əsla inanmayın. Bu millətdə uşaq qatilliyi yoxdu. Qarabağla bağlı xatirələri, söhbətləri oxumuşam. Hansısa erməni uşağının öldürülməsiylə rastlaşmamışam. Qadın və qocaların öldürülməsi faktları var. Danmıram. Onlar da sırf qisas üçün. Heç zaman bizimkilər birinci olaraq dinc əhaliyə qarşı vəhşiliklər etməyiblər. Bu isə çox mühim amildir.

Yazıdan müharibə arzulayan kimi görünsəm də valla sakitlik sülh istəyirəm. Amma dayanıqlı sülh. Elə barış ki, kimsə təhdid etməyə cürət etməsin. Bu işə cəhd edən də nələrlə qarşılaşacağını gözünə almalıdı. Bunun yolu da işğalçıların ağızlarının cırılmasıdı. Qonşular da baxıb paylarını götürsünlər.

Rusiya qoymur, bu hakimiyyətlə mümkün deyil, xalq istəmir kimi arqumentləri isə özünüzə saxlayın.

 

Pasifistlik təslimçilikdirmi?” üzərinə bir şərh

  1. Yazıda bir çox məsələlərə toxunulduğu üçün şərhim də çox uzun alına bilərdi. Lakin mən məqalənin əsas məğzini əks etdirən və fikrimcə, düzgün seçilmiş başlığa birbaşa cavab vermək istətirəm.

    Pasifistlik təslimçilikdirmi? Bilməyənlər üçün deyim ki, “pasifizm” – zorakılığın yox olmasına qarşı müqavimət, sülhyaratma ideologiyasıdır. Çox gözəl, ancaq baxır kimə, harada, niyə? Deyəcəyim fikir ağır həzm olunacaq, amma arxasında hamınızın bildiyi və gördüyü əlahəzrət fakt dayandığı üçün özümə arxayınam.

    Diqqətli olun! 25 il bundan qabaq Xocalı facıəsi zamanı da bizim insanlardan soruşulsaydı ki, “Bəs sən erməni uşağını öldürərdimi?” və əminəm ki, çoları “yox” cavabını verərdi. Bu cavab “Fəryad” filmində də öz əksini tapıb. Bəs yaxşı, onda mən sual versəm ki, bəs o 25 il bundan qabaq məcazi mənada öldürməyə əliniz (diliniz) gəlməyən həmin o erməni körpəsi bu gün 25 yaşına çatıbsa və Zəhralarımızın qətlinə səbəb olubsa, onda nə deyirsiniz?

    Deməyə, əlbəttə, söz tapılacaq, ancaq bu həqiqəti pərdələməyə yetməz. Nə qədər ki, bizim şüurumuzda bu humanistlik, pasifizm, nə bilim daha nə…izmlər yer salıb, o qədər də ermənilər bizim qanımızı içəcəklər. Erməni uşaqlarını və qocaları öldürməyə yenə də əlimiz qalxmayacaqsa, o zaman yeganə yol Qafqazın ermənilərdən tam təmizlənməsi, uşaqlarının isə gəldikləri ərəb səhralarına geri göndərilməsindən ibarət ola bilər.

    Əks halda, kərə yağı kimi əriyib kiçilən təkcə torpaqlarımız yox, həm də xalqımız və dövlətimiz özü də ola bilər.

Cavab yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma