Bir qərar(sızlığ)ın bəlası


Əbülfəz Elçibəy barədə romanik, duyğusal postlar bir daha göstərir ki, bizim üçün siyasətçi, lider anlayışları dünyada qəbul olunmuş formadan çox fərqlidi. Əgər dünyada liderin, siyasətçinin əldə etdiyi nəticə önəmlidirsə bizdə duyğusal elemnetlər.
Əbülfəz Əliyevə qarşı heç vaxt birmənalı fikrim olmayıb. Əvvəllər neytral yanaşırdımsa sonradan mənfiyə doğru dəyişdi. Səbəblərini izah edim.
İllərlə yığılıb gəlmiş enerjini, minlərlə insanın ümidini, gələcəyini məhv etdi. Həlledici məqamlarda qəti qərarlar verə bilmədiyi üçün.

405850380
Onun humanistliyini gözə soxmaq çox səfeh arqumentdir. Ona görə ki, həmin humanistliyinin bədəlini başqaları ağır şəkildə ödədilər. Oturduğu post ona bu cür humanist jestlər etmək rahatlığı vermirdi. Üstəgəl tarixi missiya. Surət Hüseynov kimi dılğır bir qiyamçının qarşısından qaçdı. Biabırcasına qaçdı. Hər tərəfli məğlub oldu. Həm özü, həm də silahdaşları.
Onun lazımsız ağciyərliyinə görə indiyə qədər minlərlə insan əzab çəkir və çəkməkdədir. Onun qoyduğu miras uğursuzluq mirasıdır. Son və qəti nəticə uğrunda yox, prosesin bir parçası olmaq Azərbaycan müxalifətinin alın yazısı oldu.
Elçibəyin ideoloqluğu barədə “sıvama bölümü” isə lap ürəkbulandırıcıdı. İdeoloq siyasi proseslərin fövqündə dayanar və yön verər. Həm siyasətçi, həm də ideoloq olmaq hər şəxsiyyətə xas özəllik deyil. Çox azında var. Məsələn, M.K.Atatürk. Əsgər kimi savaşdı, siyasətçi kimi dövlət qurdu, ideoloq kimi yeni sistemin əsaslarını hazırladı. Lakin Ə.Elçibəy bunlardan biri belə ola bilmədi.
Onun türkçülüyü də zərərdən başqa bir şey gətirmədi. Dalımıza girən bu qədər pazın arasında Uyğurustan, Təbriz, Dərbənd, Borçalı söhbətlərini yüksək tribunadan dilə gətirmək təkcə naşılıq yox, həm də bağışlanmayacaq suç idi. Uyğurstan xaric digər ərazilər barədə mənim də həssaslığım var. Ancaq deyiləcək yer düzgün seçilməliydi.
Deyirlər ki, Nizami Süleymanova havayı şəkər tozuna görə aldanan xalq üçün Elçibəy hələ çoxdu. Amma o pesoka aldanan xalqı sonra Heydər Əliyev “stroy”a soxdu axı. Elçibəyin vaxtında Prezident Aparatının qarşısında altdan yuxarı qışqıran xalq H.Əliyevin zamanında onu edə bilmədi.
H.Əliyevə münasibətim sabitdi, dəyişməyəcək. Amma bir şeyi etiraf edim ki, adam sahəsinin əhliydi. Konkret hədəfə yüklənmişdi. Yolunun üstündə olan bütün maneələri amansızlıqla təmizlədi. Heç kimin gözünün yaşına, xalq qaşısındakı xidmətlərinə baxmadı. Dövlətə və ona edilərn qiyamı bağışlamadı. Qardaş qırğını zad söhbətləri zəif iradəli adamlar üçün keçərlidi çünki.
Elçibəy barədə uydurulan şəhər əfsanələri şair ruhlu xalqımızın könlünü oxşasa da reallıq başqa şeydi ataş. Qızına ayaqqabı almaq üçün maaşı gözləməyi kimi duyğulara hədəflənmiş söhbətlər şəxsən mənə qəti təsir etmir. Prezidenti təmin olunmamış bir hökumətin hansısa uğurlarından danışmaq olmaz.
Uşaq vaxtı gördüyüm bir mənzərə yazdıqlarımın ümumi yekunu olar. PA-da Elçibəyin otağında müzakirə gedir. Müşavirə otağı tüstüdən Alla Puqaçovanın konsertinə dönüb. Hər nazirin əlində bir Marlboro fıshafısdı. Harda qaldı subardinasiya, dövlət etikası? Kənardan baxan nə deyərdi onlara? Hansı ki bu xalq bu cür şeylərə çox diqqətlidi”

Alovlu tərəfdarların “güclü” bir arqumenti var: “Bu getməsəydi, o biri gəlməsəydi, daha betəri olacaqdı…”. İndi sual verirəm bu yaşadığımız rəzil durumdan daha betəri nə cür olur? Əgər desələr ki, vətəndaş qarşıdurması olacaqdı, onda cavab vermək olar ki, bəs bu 24 ildə baş verən vətəndaş qarşıdurması deyil? Bugün cəmiyyət rejimdən çəkənlər və və ona alət olanların timsalında iki cəbhədə qütbləşiblər. Və sual verirəm getməsəydi Qarabağın əldən çıxması daha betər olacaqdı? Amma fakt budur ki, getməsi ilə 6 rayon da getdi, uğursuz sülh danışıqlarının ucu-bucağı da yoxdur və Qarabağ de-fakto artıq bizdə deyil… Və bir sual daha verirəm: təhvil verməsəydi Rusiya müstəqilliyimizə müdaxilə edəcəkdi? Bəs indi olan nədir? Məgər biz Rusiyanın nüfüz dairəsində deyilik indi? Bütün bu suallara bu alovlu tərəfdarlar cavab versə və indiki durumumuzun daha betərinin nə olacağını bizə aydınlatsalar sevinərdik.
Həm bu vətəndaş müharibəsi niyə bu qədər qorxunc təqdim edilir onu anlamıram. O boyda ABŞ da bu mərhələni keçib və güclənərək çıxıb. Demək ki, həlledici məqamlarda bəzi qafaların getməsinin zəruriliyini qəbul etmək lazımdır…

Cavab yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma