Məktəblərdə hicab təhlükəsi


Yenə də dindarlar demokratiya davası edirlər. Təhsil nazirinin orta məktablərdə başörtüsünü qadağan etməsini bunlar insan haqqlarına hücum kimi qiymətləndirirlər, hələ bu İranın qeyri rəsmi səfiri şiə haqqlarının yorulmaz müdafiəçisi həcü İlqar İbrahimoğlu day özünə yer tapa bilmir, Avropa dəyərlərini gözümüzə soxur.
Məktəblərə, elm ocağı sayılası bir yerə qaranlığı soxmaq istəyirlər. Adını da qoyurlar demokratik azadlıqlar. Ayrı vaxtı yada salmadıqları konstitusiyanı ələk vələk edib oradan mövqelərini müdafiə edən müddəalar tapsınlar. Tapdıqları da bu olur ki bəs anayasada hər kəsin təhsil almaq hüququ var və heç kim bu haqqı insanlardan ala bilməz. Pay atonnan, ayrı vaxt Qurandan başqa heç bir qayda qəbul etməyənlər, niyə yapışırsınız təbiətən qüsurlu olan insanların yazdığı qanunlardan?
Din dövlətdən ayrıdı. Adı üstündə. Bu kiçik cümlənin açması budu ki dövlət olan hər yerdə din ola bilməz. Məktəb də dövlətin olduğu yerdi. Bəs vicdan azadlığı? deyə o saat hazır sualın dillərində olduğu his edirəm. Vicdan azadlığı deyə inancını bəs niyə mənim beynimə yeritmək istəyirsən? Məcburammı ki sənin həqiqətlərini qəbul edim?
Tutalım ki 1-ci sinifə gedən qızcığaz öz iradəsinə görə (!) başını bağlayı gəlir. Daha sonra ya qızın özü (!) və ya valideynləri qayıdacaqlar ki, inancımıza görə yad oğlanlarla bir sinifdə oxumaq və ya oturmaq günahdı. Gərək partanı və ya sinif dəyişilsin, qızlarla oğlanlar ayrı ayrı siniflərdə oxusunlar. Bu tələb gələcəkdə ayrı ayrı məktəblərə qədər gedib çıxacaq.
Daha sonra deyəcəklər ki idman dərsinə girə bilmirəm. Ona görə ki dinimə görə bədənimin cizgiləri görünə bilməz.
Belə demokratik (!) tələblərin ardı gələcək. Nisal üçün islamda haramdı deyə rəsm və musiqi dərsləri şəriətə görə haramdı və müslimələr və müslimlər bu dərsləri istəmirik deyə hay küy qaldıracaqlar. Müsbət eləmlər də gedəcək işinin dalınca. Axı bütün elmlər quranda var.
Hələ mən qızlara kişi müəllimlərin, oğlanlara da qadın müəllimlərin dərs deməsinə olacaq etirazları demirəm. Bunlar yaxın keçmişdə iranda olub. Ola bilməz deməyin.

Məktəblərdə hicab təhlükəsi” üzərinə 2 şərh

  1. Maraqli yazidir deye bilmeyecem. Cunki gorunur derin arashdirma aparmadan kimi geldi hedefe alib ve nece geldi yazmisiniz. Ozunuze nece serf edirse meseleye de o prizmadan yanashmisiniz. 1-ci sinfe geden qizin oz iradesi ile hicab baglamagina qarshi cixirsiniz ama bir cox ashagi siniflerde tehsil alan qizlarin qisa etekle mektebe gelmesine normal baxirsiniz? idman dersine gelince yeqin xeberiniz yoxdur ki bir cox olkelerde (meselen ABS) hicabli xanimlar var ki idmanla meshgul olurlar. Bu yazinizdan da melum olur ki islam, Allah sizin kimilere gore deyil:yoxsa Qurani ve orda yazilanlari xususile hicabin vacib oldugunu anlayardinizve qebul ederdiniz.
    size ishlerinizde ugurlar ve bu formatli yazilarinizin davamli olmasi arzusu ile.

Cavab yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma