Diktatorların ən dahisi


Türkiyənin tanınmış geoloqu Cəlal Şengörlə tanışlığım bu ilin yazına təsadüf edir. Youtube-da sənədli filmlər axtarakən klassik alim görünüşlü bir nəfərin söhbətləri marağımı çəkdi. Ən qəlim və ixtisaslaşma tələb edən mövzuları elə sadə dildə və elə candan izah edirdi ki, ona vurulmamaq mümkün deyildi. O gündən sonra Cəlal abinin bütün videolarını tapıb izlədim. Kəşf etdim ki adam xəritəni coğrafiyaçıdan, tarixi tarixçidən, dini ilahiyyatçıdan yaxşı bilir. Bu qədər informasiyanı yaddaşında saxlaması və qruplaşdırması heyran edir adamı.DAHİ DİKTATÖR-500x500

Keçən ay yenə youtube-da adını axtarışa verib yeni videosunun olub olmamasına baxırdım. Müxalif bir kanalda 3 saatlıq proqramda iştirakını izlədim. Eşitdim ki yeni kitabı çıxıb: “Dahi diktator”. Kitab Atatürk haqqındadır. Fikrim “diktator” sözünə ilişib qaldı. Axı bu söz Azərbaycan üçün son 21 ildə ancaq mənfi assosasiya olunur. Çünki özümüz daxil 20-ci əsrdə diktatorlar xalqlarına və qonşularına hey bəlalar gətiriblər. Öz cılız, dılğır eqoları, nəsilləri və var dövlət hərisləri üzündən neçə neçə nəsili şikəst ediblər.

Kitabın kimin yazmasını bildikdən sonra anladım ki, buradakı dahi o dılğırlardan deyil. Yaxşı bir insanın sayəsində kitabı əldə etdim və acgözlüklə oxumağa başladım.

“Dahi diktator” Cəlal Şengörün M.K.Atatürklə bağlı etdiyi söhbətlərin bir yerə yığılması, yəni yazıya salınmış halıdır. Üslub danışdığı kimi sadə və axıcıdır. Kitabın nə zaman bitdiyindən xəbərim olmadı. Çoxdandı belə zövqlə kitab oxumurdum.

Atatürklə bağlı xeyli kitab, məqalə oxusam da, sənədli filmlərə baxsam da elə bil bu “Dahi diktator”u yenidən kəşf edirdim. Cəlal abi Atatürkün yanaşma tərzinin elmi olduğunu misallarla isbat edir. Ən çətin anlarda belə ancaq ağıla güvənməsini qeyd edir. Sırf bu səbəbdən ən ümidsiz durumlarda belə ümidini itirmir. Hətta Sakarya savaşında belə bütün komanda heyəti məğlubiyyətə düçar olduqlarını sananda belə o əksini düşündü. Ona görə yox ki yalançı optimizm nümayiş etdirirdi. Sadəcə qarşısındakı ordunun başında olanların da eyni hərbi sistem üzrə təhsil və təlim aldıqlarını yaxşı bilirdi. Üz üzə durduqları yunan ordusu nə qədər sayca üstün və təminatlı olsalar da bir şeydə və ən əısas şeydə geri qalırdılar. Onların Atatürk kimi lideri yoxuydu. Onun xətti müdaifə sistemindən səthi müdafiə sisteminə keçməsi bir savaşın, bir dövlətin və hətta deyərdim bir tarixi dövr üçün həlledici olur. Çünki bu savaşın qazanılması müsəmləkə altında olan bir çox xalqlar üçün ilham qaynağı olur.

Atatürkün orta əsrlər qaydalarıyla yaşayan bir topluluğu bir xalq edir. Bəli məhz xalq. Hansı ki hələ Azərbaycanda bu mümkün olmayıb. Öncə müxatəli etnik, dini və sinfi olaraq bölünmüş ulusu bir ad altında birləşdirmək məqsədi qoyur. Birləşdirici ad da “türk” olur. Hazırda bu ada qarşı qıcıq olan dinçi, kütçü və liberal (liboş) tayfası bunu asimilyasiya kimi qanır. Halbu ki burada etnik yox, ulusal kimlikdən söhbət gedir. Toplumu birləşdirən addan. Necə ki, Fransada yaşayan bütün vətəndaşlar fransızdı, və almaniyadakılar da alman eləcə də türkiyədə yaşayan vətəndaşlar da türkdür. Alt kimliklərdə isə etniklərə ayrıla bilər.

Atatürk vahid geyim formasını əxz etdirdi. Bunu çox zaman məcburi etsə də lazım idi. Çünki xarici görünüş, qiyafə insan kimliyinə birbaşa təsir edən amildir. Indi bəzi dindoş və liboşlar “şapka qanunu”nu tənqid edirlər ki bəs zorla şapka qoydurublar. Balam, bundan əvvəlki fəsi də Osmanlı sultanı zorla başa qoydurmadımı?

Əlifbanı dəyişdirməyi ayrı bir inqilabdır. Çünki ərəb əlifbasına əsaslanan Osmanlı əlifbasında saitlər olmadığından sözlərin oxunması çətinləşir. Osmanlıca oxumaq üçün hansısa təcrübəyə malik olmaq lazım idi. Üstəlik bir hərfin yerinə görə müxtəlif cür yazılması da əlavə problem yaradır.

Cumhuriyyətdən əvvəl oxuma-yazma səviyyəsi kişilər arasında 3-5%, qadınlar arasında isə 0,4 % olan bir ölkə üçün dindoşlar “bir gecədə zır cahil qaldı millət” deyirlər. Qutenberqin çap dəzgahını ixtira etdiyi tarixdən bu yana Osmanlıda nəşr olunan kitabın sayı (ümumi tiraj deyil, adda kitab) o qədər azdır ki bir kitab şakafına yığmaq istəsək tam doldurmaz. Halbu ki, hərf inqilabının başladığı 1928-ci ildən 1938-ci ilə qədər türkiyədə 16 mindən çox adda kitab nəşr olunub. 1935-də yazıb oxuyanların nisbəti artıq 20%-dən artıqdır. Osmanlı zamanı ciddi ədəbiyyatın olmamaı “cahil qaldıq” deyənlərin arqumentini çürüdür.

Yeni universitetlərin qurulmasına önəm verir. Hitler almaniyasının siyasi görüşünə və milli mənsubiyyətinə görə qovduğu alimləri türkiyəyə dəvət edən Atatürk onlar üçün şərait yaradır. Bu gün türkiyədə elm adına nəsə varsa məhz o dövrdə gələn alman alimlərinə borcludular. M.kamal hətta bir mütəxəssisin əsir düşərgəsindən azad olunub Ankaraya verilməsi üçün ölkəsi adından Almaniyaya nota da verdirir.

Atatürk bir gecədə ölkədə metrik sistemə keçir. Halbu ki Amerika belə metrik sistemə keçə bilməyib. Təhsil müəəsisələrində metrik sistem öyrədilir, amma tətbiqdə ingilis ölçülərdindən istifadə edilir.

Yeni ölkədə münasibətləri tənzimləyəcək ümumi qanunlar yoxdu. Hər dinin mənsublarının öz qanunları var. Hətta əcnəbilər yerlilərdən üstün sayılırlar. Məsələn bir İngiltərə vətəndaşı bir türkü öldürsəydi onu Osmanlı məhkəməsi yox, İngiltərə məhkəməsi mühakimə edəcəkdi. Onlar da çox zaman belə hallarda məhkəmə adekvat addım atmırdı. Bu səbəbdən vahid qanunlar başqa ölkələrdə alınıb yerli şəraitə uyğunlaşdırıldı. Insanlar 1300 il əvvəlki şəraitə uyğun qaydalarla yox inkişafa və şəraitə uyğunlaşdırıla bilən qanunlar əldə etdilər.

Bundan əlavə Osmanlıda vahid saat və təqvim yoxuydu. Qarmaqarışıq idi. Hətta günəşin batması 12.30 sayılıb. Beynəlxalq saat sisteminə keçirilir. Təqvimdə də eynilər. Beləliklə dünyaın bir üzvü olmaq yolunda daha bir yol qət edilir.

Atatürk Osmanlı zamanı ərəb və fars dilləriylə ağırlaşdırlmış dili təmizləməyə və öztürkcədən yeni sözlər icad etməyə başlayır. Osmanlı zamanında ixitsasa aid terminlər çox az idi. Insanların başa düşəcəyi şəkildə yeni terminlər yaradılır. Bir çoxlarını da özü yaradır. Artıq akademik dil xalqın dilinə xeyli yaxınlaşır.

Cəlal Şengörün “Dahi diktator”u haqqında çox yazmaq olar. Şəxsən mən hər dəfə 20-ci əsrin dahisinin hər dəfə yeni bir yönünü kəşf edirəm. Çox heyf ki, Türkiyənin başında duran yobaz sürüsü ona lazımi dəyər vermək əvəzinə, əllərindən gəldiyi qədər qaralamağ çalışırlar.

Atatürk bütün bu dəyişiklikləri etmək üçün də diktatorluğundan istifadə etdi.

Cavab yaz