RSS

Məktəblərdə hicab təhlükəsi

24 Nov

Yenə də dindarlar demokratiya davası edirlər. Təhsil nazirinin orta məktablərdə başörtüsünü qadağan etməsini bunlar insan haqqlarına hücum kimi qiymətləndirirlər, hələ bu İranın qeyri rəsmi səfiri şiə haqqlarının yorulmaz müdafiəçisi həcü İlqar İbrahimoğlu day özünə yer tapa bilmir, Avropa dəyərlərini gözümüzə soxur.
Məktəblərə, elm ocağı sayılası bir yerə qaranlığı soxmaq istəyirlər. Adını da qoyurlar demokratik azadlıqlar. Ayrı vaxtı yada salmadıqları konstitusiyanı ələk vələk edib oradan mövqelərini müdafiə edən müddəalar tapsınlar. Tapdıqları da bu olur ki bəs anayasada hər kəsin təhsil almaq hüququ var və heç kim bu haqqı insanlardan ala bilməz. Pay atonnan, ayrı vaxt Qurandan başqa heç bir qayda qəbul etməyənlər, niyə yapışırsınız təbiətən qüsurlu olan insanların yazdığı qanunlardan?
Din dövlətdən ayrıdı. Adı üstündə. Bu kiçik cümlənin açması budu ki dövlət olan hər yerdə din ola bilməz. Məktəb də dövlətin olduğu yerdi. Bəs vicdan azadlığı? deyə o saat hazır sualın dillərində olduğu his edirəm. Vicdan azadlığı deyə inancını bəs niyə mənim beynimə yeritmək istəyirsən? Məcburammı ki sənin həqiqətlərini qəbul edim?
Tutalım ki 1-ci sinifə gedən qızcığaz öz iradəsinə görə (!) başını bağlayı gəlir. Daha sonra ya qızın özü (!) və ya valideynləri qayıdacaqlar ki, inancımıza görə yad oğlanlarla bir sinifdə oxumaq və ya oturmaq günahdı. Gərək partanı və ya sinif dəyişilsin, qızlarla oğlanlar ayrı ayrı siniflərdə oxusunlar. Bu tələb gələcəkdə ayrı ayrı məktəblərə qədər gedib çıxacaq.
Daha sonra deyəcəklər ki idman dərsinə girə bilmirəm. Ona görə ki dinimə görə bədənimin cizgiləri görünə bilməz.
Belə demokratik (!) tələblərin ardı gələcək. Nisal üçün islamda haramdı deyə rəsm və musiqi dərsləri şəriətə görə haramdı və müslimələr və müslimlər bu dərsləri istəmirik deyə hay küy qaldıracaqlar. Müsbət eləmlər də gedəcək işinin dalınca. Axı bütün elmlər quranda var.
Hələ mən qızlara kişi müəllimlərin, oğlanlara da qadın müəllimlərin dərs deməsinə olacaq etirazları demirəm. Bunlar yaxın keçmişdə iranda olub. Ola bilməz deməyin.

 
2 Comments

Posted by on November 24, 2010 in Uncategorized

 

2 Responses to Məktəblərdə hicab təhlükəsi

  1. Aygul

    January 23, 2011 at 5:45 pm

    Maraqli yazidir deye bilmeyecem. Cunki gorunur derin arashdirma aparmadan kimi geldi hedefe alib ve nece geldi yazmisiniz. Ozunuze nece serf edirse meseleye de o prizmadan yanashmisiniz. 1-ci sinfe geden qizin oz iradesi ile hicab baglamagina qarshi cixirsiniz ama bir cox ashagi siniflerde tehsil alan qizlarin qisa etekle mektebe gelmesine normal baxirsiniz? idman dersine gelince yeqin xeberiniz yoxdur ki bir cox olkelerde (meselen ABS) hicabli xanimlar var ki idmanla meshgul olurlar. Bu yazinizdan da melum olur ki islam, Allah sizin kimilere gore deyil:yoxsa Qurani ve orda yazilanlari xususile hicabin vacib oldugunu anlayardinizve qebul ederdiniz.
    size ishlerinizde ugurlar ve bu formatli yazilarinizin davamli olmasi arzusu ile.

     

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

 
Follow

Get every new post delivered to your Inbox.