Milli qəhrəman Mübariz İbrahimovun şəhid olması yeni mübahisə açıb. Burada mübahisəyə səbəb daha çox ona ölümündən sonra hakimiyyətin münasibətidi.
Atəşkəsdən sonra Mübariz kimi ermənilərin içinə girib onları qıranlar az olmadı. Bəzilərini də şəxsən tanıyırdım. Onlar adsız qəhrəmanlar oldular. Bir çoxları da etdiklərinə görə dövlətin onlara münasibətindən gileyləndi. Deyilə bilər ki, vətən üçün nə edilirsə təmannasız edilməlidi. Kökündən səhf fikirdi. Vətən təkcə daş, torpaq deyil həm də hakimiyyətdi, dolanışıqdı, həyatdı.
Mübarizin güclü şəkildə təbliğindən qıcıq olanlar var. bunlar bir neçə yerə bölünür.
Bir qismi Mübarizə hakimiyyətin özünü təbliğ etmək üçün vasitəyə çevirdiyindən hakimiyyət qarışıq mübarizin əməlinə də ikrah edirlər. Digərləri isə “hepimiz kardeşiz” sloqanıyla “ermənilər də insandı, urapatriotizmi gücləndirmək lazım deyil, müharibə boş şeydi” düşüncələrindən dolayı.
milli nə varsa hər şeyi faşizm, urapatriotluq və s şəkildə aşağılayanlar erməninin əlinə savaş zamanı keçsə
“mən liberalam, insanpərvərəm, erməniləri qardaş sayıram” kimi sözləri yeriməyəcək. Xoş münsibətlər yaxşı şeydi. Amma gərək qarşılıqlı olsun.
İlham nə qədər Mübarizin adından öz təbliğatı üçün istifadə etsə də bu heç nəyi dəyişmir. QƏHRƏMANLIQ HEÇ ZAMAN KÖHNƏLMİR VƏ MİLLƏTİN DƏ BELƏ NÜMUNƏLƏRƏ ÇOX EHTİYACI VAR. ÖZÜ DƏ HƏR SAHƏDƏ
SONUNA QƏDƏR MÜBARİZ
14
Aug
Sayqa
August 15, 2010 at 8:35 am
Bəli,tamamilə razıyam.Təşəkkür edirəm.